Millət vəkili Adil Əliyev bu gün qəhrəmanlarımız Vasif və Mahiri müalicə aldıqları müəssisədə ziyarət edib.
Rubin.az verir ki, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat verib
“Qəhrəmanlarımızın səhhətləri ilə maraqlanaraq, onlara Allahdan şəfa dilədik və Milli Məclis sədrinin, deputat həmkarlarımın salamlarını catdırdıq. Məhz Vasif kimi igidlərimiz sahəsində dünya Azərbaycanın gücünü bir daha gördü, xalqımızın qorxmazlığının əyani şahidi oldu. Mübariz İbrahimov kimi şəhidimiz, Vasif kimi qəhrəmanlarımız var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”-deyə Adil Əliyev qeyd edib.
Qeyd edək ki Vasif Kikboksinq idman növü ilə məşğul olub.