Bazar ertəsi, 30 Noyabr 2026 03:05:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Bu gün Polad Həşimovun doğum günüdür

02.01.2023 08:20 · 44 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

P.Həşimovun dünyaya gəlişindən 48 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

↑