Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub
  • Siyasət

Əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub

rubinroot Fevral 14, 2019
C97A8974

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) nümayəndələri ilə görüş olub.

“Rubin.az” xəbər verir ki,Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri  Elnur Süleymanov ötən dövrdə ölkəmizdə formalaşmış miqrasiya qanunvericiliyində mütərəqqi beynəlxalq yanaşmalara və bu qanunvericiliyin təkmilləşdirilməsi işlərində də qabaqcıl dünya təcrübəsinə istinad olunduğunu deyib.

İCMPD tərəfindən müvafiq layihə cərçivəsində həyata keçirilmiş “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi” adlı tədqiqatın nəticələrindən bəhs olunub. Tədqiqatda İCMPD ilə birgə layihələr əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun, yüksək ixtisaslı miqrant işçilərin cəlb olunması mexanizminin və s. təkmilləşdirilməsi ilə bağlı tövsiyələr də yer alıb.

Görüşdə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi məsələləri İCMPD-in nümayəndələri ilə birgə müzakirə olunub. Bu sahədə tədqiqatda əskini tapan tövsiyələrə uyğun istiqamətlər üzrə təkliflərin hazırlanaraq təqdim olunması razılaşdırılıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Nazir Sahil Babayev: 233 min nəfərin pensiyasında artım olacaq
Next: Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evi-uşaq bağçasına baş çəkiblər

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.