Bazar ertəsi, 30 Noyabr 2026 00:24:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Siyasət

Azərbaycan Nümayəndəliyi Ermənistanın cavabını verdi

23.12.2022 08:11 · 49 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Xankəndi-Laçın yolundakı vəziyətlə bağlı bəyanatla çıxış edib.

Modern.az xəbər verir ki, bəyanatda BMT Təhlükəsizlik Şurasında Ermənistan nümayəndəsinin çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin saxtalaşdırılmasının beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

Qeyd olunub ki, Brüssel, Praqa və Soçidə ən yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyiblər.

“Ermənistan Nümayəndəliyinin bəyanatlarında heç bir tarixi və hüquqi əsası olmayan bu cür adlara istinadlar bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini açıq şəkildə bir daha sübut edir”, – deyə məlumatda bildirilib.

Bundan başqa, Ermənistanın Azərbaycandakı ekoloji terrorla bağlı Laçın yolundakı aksiyanın dinc xarakter aldığı və Ermənistanın blokada ilə bağlı iddialarının əsassız olduğu qeyd olunub.

“Azərbaycan yol boyu heç bir məhdudiyyət qoymayıb, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkəti, o cümlədən zəruri tibbi xidmətlərin göstərilməsi maneəsiz olaraq qalır. Rusiya sülhməramlıları yol boyu hərəkəti tənzimləmək üçün öz vəzifələrini yerinə yetirməkdə davam edirlər”, – deyə məktubda vurğulanıb.

Məktubda, həmçinin BMT TŞ-yə üzv dövlətlərin bəyanatlarında Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsi çağırışı vurğulanıb:

“Ermənistan üçtərəfli bəyanatların müddəalarını pozaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətini davam etdirir. Bura qeyri-qanuni hərbi birləşmələr, silahların daşınması, piyada əleyhinə minaların və şəxsi heyətin qanunsuz olaraq bu əraziyə göndərilməsi və digər hərbi təxribatlara əl atılması daxildir”.

Qeyd olunub ki, münaqişədən sonrakı dövrdə Azərbaycan regional sülhün və sabitliyin möhkəmləndirilməsi və çoxtərəfli regional əməkdaşlığın inkişaf etdirilməsində ardıcıl və konstruktiv mövqe tutub:

“Azərbaycan tərəfindən təqdim olunan beynəlxalq hüquqa əsaslanan beş əsas prinsip sülh müqaviləsinin imzalanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası və regional kommunikasiyaların açılmasını təbliğ edir. Bu yollar üzrə irəliləyiş regionda uzunmüddətli davamlı sülh üçün zəruridir”.

Eyni zamanda bildirilib ki, Ermənistanın ittihamları beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün növbəti cəhddən başqa bir şey deyil. Bu prossesin ikitərəfli münasibətlərin normallaşmasını pozmaq, regionda vəziyyəti gərginləşdirməyə yönəldiyi diqqətə çatdırılıb.

↑