Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyası artıq altı gündür davam edir.
Aksiya iştirakçıları gecə boyu ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndirilib, həmçinin fləşmob təşkil edərək, yanan şamlarla “Stop eko terror” şüarı yazıblar.
Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyaya ictimai dəstək getdikcə artır. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.
RUBİN.AZ