Dünən səhər saatlarından Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı haqlı olaraq etiraz aksiyası keçirirlər.
Qanunsuz İstismara etiraz..
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya öz gücünü nümayiş etdirdi. Bu gün də həmin birliyin davamı olaraq keçirilən aksiyada Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etirazımızı bildirir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirik.
![]()
Bu Qanunsuz İstismara etirazdır.
Rusiya sülhməramlıların Qarabağdakı hərəkətləri təxribatdan başqa bir şey deyil.. Onlar öz davranışları ilə göstərir ki, tam ermənipərəstdir. Sülhməramlılar və onların komandiri Volkov özünü Qarabağın sahibi kimi aparır. Amma onlara öz yerini göstərməyin vaxtıdır.
Sülhməramlı deyil, əsl erməniməramlıdırlar.
Bu gün sülhməramlılar Qarabağda ekoloji fəlakət törətməyə davam edirlər. Necə ki 30 il ərzində bunu ediblər. Faydalı qazıntı yataqlarımız qanunsuz istismar olunmaqdadır. Azərbaycan jurnalistləri və vətəndaş cəmiyyəti nümayəndələri haqlı olaraq etiraz aksiyası keçirir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyasını davam etdirəcək.
Düşmən unutmasın ki, Dəmir yumruq yerindədir.
Azərbaycan xalqı hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Bütün dünya Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi tanıyır və hər zaman da belə tanıyacaq. Azərbaycan xalqı sübut etdi ki, heç vaxt məğlubiyyətlə barışmayacaq qədər dözümlü və güclüdür.
“Qarabağ Azərbaycandır və nida işarəsi”- Cənab prezidentin uca kürsülərdən səsləndirdiyi bu ifadə onu göstərdi ki, Nidanın Gücü həm də gücün nidasıdır. Güc birlikdədir.
Vüsalə Sadıqova (Qələndərli)
İstedadları tanıyaq və tanıdaq İB-nin sədri
RUBİN.AZ
RUBİN.AZ
