Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları, yaxud 2,9 % artaraq 90,38 ABŞ dolları təşkil edib.
RUBİN.AZ xəbər verir ki, hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 86,98 ABŞ dollarına satılıb.Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.