Türkiyənin “Haber Global” telekanalı Prezident İlham Əliyevin Serbiyaya səfəri ilə bağlı süjet hazırlayıb.
Süjetdə Prezident İlham Əliyevin rəsmi səfər çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşündən və onların iki ölkə arasındakı münasibətlər barədə bəyanatlarından bəhs edilir.
Qeyd olunur ki, İlham Əliyev çıxışı zamanı Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu vurğulayıb.
“Rolumuz artacaq və dost ölkələrlə təkcə enerji sahəsində deyil, bütün sahələrdə əməkdaşlıq edəcəyik”, – deyə Azərbaycan Prezidenti bildirib.
Serbiya Prezidenti Aleksandr Vuçiç də Azərbaycanın enerji resurslarına diqqət çəkib.
O, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın müzakirə edildiyini bildirib. Həmçinin Serbiyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həll yollarının axtarıldığını əlavə edib.
Vuçiç həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Avropada çox populyar olduğunu vurğulayıb.
İlham Əliyevin görüşdə eyni zamanda Qarabağ qələbəsi ilə işğaldan azad edilən torpaqlardan danışdığı qeyd edilib.
Ətraflı süjetdə: