Müəllimlərin minimum maaşı Hollandiyada 38 413 avro, Fransada 26 839 avro, Yunanıstanda 13 104 avro və Bolqarıstanda 7 908 avrodur.
Türkiyədə müəllimlər ildə 8 min 330 avro qazanıb. Türkiyədə müəllim maaşı Avropa İttifaqından Macarıstan, Rumıniya, Polşa və Bolqarıstandan yüksəkdir.
Bununla belə Türkiyə son 11 ildə müəllimlərin maaşlarının aşağı düşdüyü yeganə ölkədir.
Avropada müəllimə ən az maaşı verən ölkə isə Albaniyadır. Burada minimum müəllim maaşı illik 4 233 avrodur.
Satınalma Gücü Standartına görə ən yüksək müəllim maaşına malik ölkə Almaniyadır (50 537 avro). Almaniyada müəllimlərin maaşları Fransa və İtaliya kimi ölkələrlə müqayisədə iki dəfə çoxdur.
Satınalma Gücü Standartına görə də ən aşağı göstərici Albaniyadadır (7824 avrodur). Türkiyədə bu məbləğ 28 min 455 avrodur.
Digər ölkələrdə alıcılıq qabiliyyətinə görə müəllimlərin maaşları belədir: İsveçrə (38 601 avro), Hollandiya (32 350 avro), Kipr (25 465 avro), Fransa (24 563 avro), İtaliya (23 601 avro), Yunanıstan (15 435 avro) və Bolqarıstan ( 15 159 avro).
Müəllimlərin maaşının minimum əmək haqqına nisbətinə görə də Almaniya ilk yerdədir. Almaniyada müəllimlərin maaşı minimum əmək haqqından 2,8 dəfə yüksəkdir. Bu baxımdan ən aşağı göstərici isə Polşadadır. Bu ölkədə nisbət 1,1-dir.
Bəzi digər ölkələrdə müəllim maaşının minimum əmək haqqına nisbəti aşağıdakı kimidir: Monteneqro 2,5, İspaniya 2,3, Bolqarıstan 1.9, Yunanıstan 1,4 və Fransa 1,4.
Türkiyədə yeni müəllimlərə minimum əmək haqqının 1,8 misli qədərində maaş verilir.
Qeyd edək ki, 2020/2021-ci illərdə Azərbaycanda 3 ilə qədər stajı və 18 saat dərs yükü olan müəllimin minimum maaşı 4440 manat (2220 avro idi), minimum əmək haqqına nisbəti 1,5 idi.//Sfera.az