22 noyabr 2022 -ci il tarixində Qeyri Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyində Aygün xanım Əliyeva “İstedadları Tanıyaq və Tanıdaq” İB-nin sədri Vüsalə Sadıqova, sədr müavini Nargül Quliyeva və təşkilatın nümayəndəsi Yaşar Quliyev ilə görüş keçirib.
Təşkilat rəhbəri fəaliyyətləri haqqında geniş məlumat verib.
Təşkilat rəhbəri fəaliyyətləri haqqında geniş məlumat verib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT-lərin fəaliyyəti, onların cəmiyyətin inkişafında rolu haqqında məlumat verib. Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin Agentliyin diqqət mərkəzində olacağını qeyd edib. Təşkilatın fəaliyyəti ilə yaxından tanış olan Aygün xanım onlara bu işdə uğurlar arzulayıb.
Sonda “İstedadları Tanıyaq və Tanıdaq” İB-nin könüllüsü, gənc rəssam Cəmilə Məmmədovanın hazırladığı Agentliyin loqosu Aygün xanıma təqdim edilib. Xatirə fotosu çəkdirilib.
Sonda “İstedadları Tanıyaq və Tanıdaq” İB-nin könüllüsü, gənc rəssam Cəmilə Məmmədovanın hazırladığı Agentliyin loqosu Aygün xanıma təqdim edilib. Xatirə fotosu çəkdirilib.
RUBİN.AZ