Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlik uğrunda hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.
Səsvermə saat 07:00-dan 20:00-dək keçirilir, bəzi hallarda yerli seçki komissiyaları seçki məntəqələrinin iş vaxtını uzada biləcəyi bildirilib.
Qazaxıstan MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Çimkənddə qeydə alınıb – 30,92%, Astanada bu göstərici 13,73%, Alma-Atada 8,42% təşkil edib.