Noyabrın 18-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilib.
RUBİN.AZ xəbər verir ki, Spiker iclası açaraq ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş 5 yeni qanun və 1 qərar layihəsini gündəliyə daxil etməyi təklif edib. Deputatlar iclasın yeni gündəliyini təsdiq etdikdən sonra 2023-cü ilin Dövlət Büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verildi. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 210 manatdan 246 manata, əmək qabiliyyətli əhali üçün 220 manatdan 261 manata, pensiyaçılar üçün 176 manatdan 199 manata, uşaqlar üçün isə 193 manatdan 220 manata qədər artırılır.