Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa Xarici İşlər Nazirliyinə təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, səfir bu haqda özünün tviter hesabında yazıb.
“Etimadnamələrimin surətlərini təqdim etməkdən məmnun oldum. Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini cənab Bruno Bissona isti qarşılamaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Cənab Bruno Bisson”, – səfir qeyd edib.