Skip to content
Sentyabr 13, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Parlament Azərbaycanda müavinətlərin növlərinin artırılmasını I oxunuşda qəbul edib
  • Gündəm

Parlament Azərbaycanda müavinətlərin növlərinin artırılmasını I oxunuşda qəbul edib

rubinroot Noyabr 18, 2022
5a3774aa-cdb0-3915-95ab-78a737bdb89e_850

Parlament Azərbaycanda müavinətlərin növlərinin artırılmasını I oxunuşda qəbul edib.

“Report”un xəbərinə görə, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.

Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Qeyd edək ki, hazırda birdəfəlik müavinətlərin aşağıdakı növləri var:

1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;

2. uşağın anadan olmasına görə müavinət:

3. dəfn üçün müavinət.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İlham Əliyev latviyalı həmkarını təbrik etdi
Next: Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib – VİDEO

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.