“Ermənistanın Zəngəzur dəhlizi vermək öhdəliyi yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Eduard Ağacanyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib.
Ermənistan Zəngəzur dəhlizi ilə bağlı heç vaxt belə bir öhdəlik götürməyib. Söhbət yolların açılmasından gedir. Dəhlizi Ermənistan üçün qırmızı xəttdir. Laçın dəhlizi heç bir halda Zəngəzur dəhlizi ilə müqayisə oluna bilməz. Bu məsələ ilə bağlı mövqeyimiz heç vaxt dəyişməyib və dəyişməyəcək.
Azərbaycanın hədələyici bəyanatları Ermənistan tərəfinin ifadə etdiyi mövqelərə təsir edə və ya dəyişdirə bilməz”, – deyə Ağacanyan sərsəmləyib.