Bazar ertəsi, 30 Noyabr 2026 03:41:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Gündəm

Qənirə Paşayeva Zəfər Günü münasibəti ilə bir qrup şəhid ailəsi ilə görüşüb

08.11.2022 12:46 · 65 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Zəfər Günü münasibəti ilə bir qrup şəhid ailəsi ilə görüşüb.

Görüşdə Mingəçevirdən olan şəhid anaları – Ruslan Cəfərlinin anası Tahirə Cəfərova, Nahid İbrahimzadənin anası Xalidə İbrahimova, Rüstəm Məmmədovun anası Aynur Məmmədova, Elcan Abbasovun anası Ulduz Abbasova, Əli Rzayevin anası Kəmalə Rzayeva, əslən Şuşadan olan şəhidimiz Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova iştirak edib.

Qənirə Paşayeva şəhid ailələrini, şəhid analarını salamlayaraq, şəhidlərimiz kimi, onların ailə üzvlərinin də baş tacımız olduğunu vurğulayıb: “Şəhidlərimizə də, onları yetişdirən ailələrə də daim borcluyuq və onlara olan borcumuz heç zaman ödənməyəcək, bitməyəcək.

Bütün Azərbaycan xalqı öz şəhidləri ilə fəxr edir, qürur duyur. Ölkə rəhbərliyi, Azərbaycan dövləti şəhidlərə və onların ailələrinə daim həssas münasibət göstərir və ali dövlət rəhbərliyinin həssaslığı hər bir Millət vəkili üçün də örnəkdir.

Qarşıdan Zəfər Bayrammız gəlir. Bu bayram münasibətilə təbriki ən çox sizlər haqq edirsiz. Sizlərin timsalında bütün şəhid ailələrimizi təbrik edir, qəhrəman şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik”. Səhid ailələrini Zəfərimizin ikinci ildönümü münasibətilə ilə təbrik edən Qənirə Paşayeva, şəhid ailələrini, şəhid analarını bir-bir dinləyib, onları maraqlandıran məsələlərlə bağlı mövqeyini bölüşüb, həmin məsələlərin həlli istiqamətində aidiyyatı qurum və şəxslərlə əlaqə saxlayıb.

Görüşdən sonra Qənirə Paşayeva şəhid ailələrini, şəhid analarını Xətai Sənət Mərkəzində, onun təşəbbüsü ilə düzənlənən Zəfər Rəsm sərgisinə dəvət edib. Vətən müharibəsi qazisi Şamil Xabarovun xanımı – istədadli yeni nəsil rəssamı Elminaz Qəhrəmanova və fiziki imkanları məhdud gənc – istedadlı rəssam Ceyhun Ənvərzadənin sərgidə nümayiş olunan əsərlərindən bir neçəsi şəhid ailələrinə hədiyyə edilib. Şəhid ailələrinə, şəhid analarına Zəfər Bayramı münasibətilə həmçinin digər hədiyyələr də təqdim olunub.

↑