Bazar ertəsi, 23 Noyabr 2026 00:46:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
23 Noyabr 2026
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30
Gündəm

Əlilik təyin olunması üçün rüşvət istənildiyinə dair iddialara Rəsmi Münasibət

13.02.2019 22:48 · 700 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bir sıra sosial şəbəkə səhifələrində Cəfərov Vaqif Salman oğlu və Mustafayev Valeh Füzuli oğlunun onlara əlilik təyin olunması üçün rüşvət istənildiyinə dair iddiaları yayımlanıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və kommunikasiya şöbəsindən “Rubin.az”-a verilən məlumata görə, əlillik təyin olunması üçün vətəndaşın Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etməsi, onun TSEK-də əyani müayinə olunması praktikası hazırda mövcud deyil. Yəni indi heç kim ona əlillik təyin olunması üçün TSEK-ə müraciət etmir, əlillik qrupunun verilməsi prosesində vətəndaşla TSEK arasında heç bir kontakt baş vermir.

Bu proses elektron sistem tərəfindən həyata keçirilir. Belə ki, hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsi üçün müvafiq səhiyyə müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminəgöndəriş (forma 88) daxil edilir. Göndərişdə şəxsin kimliyi, hansı ünvanda yaşadığı,göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız göndərişdəki xəstəlik vəziyyəti əsasında bu və ya digər TSEK tərəfindən əlillikqiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir. (Əgər şəxs bu qərardan narazı qalarsa, o zaman, müvafiq komissiya təşkil edilməklə, onun əlilliyinin qiymətləndirilməsi birbaşa özünün iştirakı ilə aparılmasına, əyani müayinəyə da şərait yaradılır.)

Qeyd olunanlara əlavə olaraq bildiririk ki, indiyədək V.Cəfərov və V.Mustafayevlə bağlı elektron sistemə hər hansı göndəriş daxil olmayıb, eyni zamanda bu vətəndaşların Nazirliyə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə hər hansı müraciətləri də olmayib. Səhiyyə müəssisəsi tərəfindən onlarla bağlı göndərişlər təqdim edildiyi təqdirdə əlilliyin qiymətləndirilməsi obyektiv şəkildə həyata keçiriləcəkdir.

Bir daha bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən öz fəaliyyət sahələri üzrə xidmət sektorlarının şəffaflaşdırılmasına, vətəndaş məmnunluğunun təminatına yönələn islahatlar qarşıdakı dövrdə də davam etdiriləcək. Bu sahələrdəvətəndaşlarla ünsiyyətdə neqativ hallarla, rüşvət istənilməsi faktları ilə rastlaşan hər hansı vətəndaş 142-Çağrı mərkəzi və ya (012) 596 50 14 nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilər. Hər bir belə müraciət ciddi şəkildə araşdırılacaq və nəticəsinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

↑