Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Q.Paşayevanın özbəkcə çıxmış kitablarının imza mərasimi keçirilib
  • Ədəbiyyat
  • Mədəniyyət

Q.Paşayevanın özbəkcə çıxmış kitablarının imza mərasimi keçirilib

rubinroot Oktyabr 30, 2022
312323826_1563462827435199_6952242617475725311_n

Özbəkistanın Nəvai vilayətində Q.Paşayevanın özbəkcə çıxmış kitablarının imza mərasimi keçirilib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müəllifi, həmmüəllifi, layihə rəhbəri olduğu, özbəkcəyə uyğunlaşdırılmış bir neçə yeni kitabın Özbəkistanda imza mərasimi keçirilib. İmza mərasimi Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyati günləri çərçivəsində, qardaş ölkənin Nəvai şəhərində baş tutub.

Mütəfəkkir şair Əlişir Nəvainin adını daşıyan vilayətdə kitablarının təqdimat və imza mərasiminin keçirilməsini özüyçün əlamətdar hadisə adlandıran Komitə sədri, təqdim olunan kitablar haqqında ayrı-ayrılıqda məlumat verib, onların səciyyəvi xüsusiyyətlərindən söz açıb:

-Bu gün qədirbilən özbək oxucusu – bizim əziz qardaş-bacılarımız üçün imzalayacağım kitablar, ən ümumi şəkildə desək, Azərbaycanın zəngin mədəniyyəti, klassiklərimizin yaradıcılığı, ölkəmizin həqiqətləri və ortaq dəyərlərimiz haqqında məlumatlardan, mülahizələrdən, yaradıcılıq örnəklərindən ibarətdir. Onu da deməyi özümə borc bilirəm ki, imza mərasiminin “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli aydınları, yaradıcı insanlar və tələbə-gənclərin iştirakı ilə keçirilməsi mənimçün xüsusilə xoşdur. İnanıram ki, bu günkü təqdimat və imza mərasimi yeni əlaqələrin təsisinə vəsilə olacaq. İmza mərasiminə gəldiyiniz üçün, mənim ölkəmin mədəniyyətinə, ədəbiyyatına həssas münasibətiniz üçün sizin hər birinizə könül dolusu təşəkkür edir, uğurlar arzulayıram! Sonra Q.Paşayeva həmmüəllifi, müəllifi, layihə rəhbəri olduğu, özbəkcəyə çevrilmiş kitablarını oxucular üçün imzalayıb, ürək sözlərini yazıb.

No description available.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycanda dəhşətli mikroavtobus qəzası – 2 ölü, 10-dan çox yaralı / YENİLƏNİB
Next: “Seulda ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur” – Səfirlik

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.