Oktyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailovun dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Astanaya işgüzar səfər edib.
RUBİN.AZ xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yayıb.