Millət vəkili Adil Əliyev 23 oktyabr tarixində Qazax rayonuna səfər edərək, bu ilin sentyabr ayının 12-13-də Ermənistan tərəfindən törədilmiş növbəti təxribat zamanı şəhid olan Yunis Kazımovun, Azər Məmmədovun və Azad Kərimovun qırx mərasimində iştirak edib.
Şəhidlərimizə rəhmət, şəhid ailələrinə səbr və qazilərə şəfa diləyən millət vəkili bildirib ki, Şəhidlərimizin qanı yerdə qalmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əks hücum əməliyyatları zamanı Ermənistana ağır zərbələr vuruldu. ” Ölkəmiz ərazi bütövlüyünün bərpa, suverenliyinin bərqərar etdikdən sonra, Ermənistan tarixi məğlubiyyəti qəbul etməyərək, mütəmadi olaraq təxribatlara əl atır, lakin, düşmənin törətdiyi istənilən təxribatın qarşısı qətiyyətlə alınır və düşmən geri çəkilməyə məcbur edilir. Xalqımızın dövlət başçısının ətrafındakı birliyi daimidir və Prezident İlham Əliyevin dediyi kimi “Düşmən unutmasın ki, Dəmir yumruq yerindədir”-deyə millət vəkili əlavə edib.
RUBİN.AZ