Bazar ertəsi, 30 Noyabr 2026 01:23:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Siyasət

Q.Paşayeva qədim Buxarada Azərbaycanın tarixi Zəfəri barədə geniş məruzə ilə çıxış edib

24.10.2022 18:05 · 52 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Q.Paşayeva qədim Buxarada Azərbaycanın tarixi Zəfəri barədə geniş məruzə ilə çıxış edib və gənclərə çağırış səsləndirib.

Qardaş Özbəkistanda növbəti “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirlər paytaxt Daşkəndlə yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edib. Tədbirlərdə MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Buxara səhərinin “Yoshlar markazi”ndə (“Gənclər Mərkəzi”ndə) keçirilən tədbirdə Azərbaycandan gələn qonaqlar, yerli hakimiyyət, mədəniyyət və sənət xadimləri, yerli azərbaycanlılar, universtet tələbələri, jurnalistlər və b. iştirak edib. Buxara şəhər hakimi Jamol Nasirov Azərbaycandan gələn qonaqlara öz təşəkkürlərini bildirərək, şəhərdə ilk dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin iki ölkə arasında dostluğun möhkəmlənməsinə, mədəni-ədəbi əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyinə inamını ifadə bildirib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov öz çıxışında dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışaraq, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri, MM Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. O, xalqlarımızın dost, qardaş olduğunu vurğulayaraq, belə tədbirlərin daimi keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Q.Paşayeva Türk dünyasında həmrəyliyin vacibliyi haqqında danışaraq, Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfəri və müharibədə türk dövlətlərinin Azərbaycanın haqq işinə dəstək göstərdiklərini minnətdarlıqla xatırladıb. Buxaranın yalnız Özbəkistan üçün deyil, bütün Türk-İslam dünyası üçün özünəxas yerə və rola malik olduğunu söyləyən Q.Paşayeva, Buxarada Azərbaycan mədəniyyətinə yüksək maraqdan çox şad olduğunu deyib. O, Buxara vilayət sakinlərinə Azərbaycan milli mədəniyyəti, musiqimiz, rəqs, rəsm sənətimiz, musiqi alətləri, milli geyimlər təqdim edilməsini mədəni mübadilənin praktik addımları olaraq təqdir edib. Q.Paşayeva həmçinin numayəndə heyətinin də Buxara kitabxanalarına və yerli diaspor təşkilatına Azərbaycana dair nəşrlər, materiallar təqdim edəcəyini bildirib. Komitə sədri 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan olunduğunu və Şuşanın gələn il Türk dünyasının Mədəniyyət paytaxtı olacağını deyib. O, il içində Özbəkistanda Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa ilə, mədəni irsimizlə bağlı silsilə tədbirlərə görə əməyi keçən hər kəsə təşəkkür edib. Tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq musiqi festivalının “Qran-pri” mükafatçısı, tarzən Sahib Paşazadə milli musiqilərimizi ifa edib. Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Kökəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa edib. Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışlarını, koloritlərini özündə əks etdirən – Azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadənin hazırladığı milli geyimlər kolleksiyası nümayiş etdirilib. Arzu edənlər bu linkdən izləyə bilər: https://youtu.be/7WRqTKmaT18

↑