Cümə axşamı, 15 Oktyabr 2026 14:20:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Rəsmi

Ordumuzun mövqeləri atəşə tutulub – VİDEO

19.10.2022 13:37 · 81 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutublar.

Rubin.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

↑