Bu vaxtadək heç kim Ermənistanın Gəncə şəhərini atəşə tutaraq törətdiyi müharibə cinayətinə görə məsuliyyətə cəlb edilməyib.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter“ paylaşımında qeyd edib.
O, bu müharibə cinayətini törədənlərin ədalət qarşısına çıxarılmalı olduqlarını vurğulayıb. “Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə 10 nəfərin qətlə yetirilməsi və 40 nəfərin yaralanması ilə nəticələnmiş qəddar hücumunun ikinci ildönümüdür. Bu vaxtadək heç kəs bu müharibə cinayətinə görə məsuliyyətə cəlb edilməyib. Bu cinayəti törədənlər ədalət qarşısına çıxarılmalıdırlar”, – Leyla Abdullayeva qeyd edib.