Dünən Rusiya ordusunun Ukrayna şəhərlərini raket atəşinə tutması nəticəsində həlak olanların sayı 19-a çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.
Məlumata görə, hücum zamanı daha 105 nəfər yaralanıb.
Bununla yanaşı, Kiyev və 12 vilayətdə 30-dan çox yanğın hadisəsi qeydə alınıb. Bildirilir ki, Kiyev, Lvov, Sumı, Ternopol və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində hazırda elektrik enerjisi kəsilib.