Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə videomüraciət edib.
O bildirib ki, terrorçularla mübarizə aparırıq, Rusiya İran istehsalı olan “Şahid” raketləri ilə Ukraynanı vurur.
“Onların iki hədəfi var: birincisi, bütün ölkə üzrə-Kiyev vilayəti, Xmelnitski, Lvov və Dnepr, Vinnitsa, Frankivsk bölgələri, Zaparojye, Sumu bölgəsi, Xarkov vilayəti, Jitomir rayonunda enerji obyektlərini vurmaqdır. Onlar çaxnaşma və xaos yaratmaq istəyirlər. Onlar bizim enerji sistemlərimizi məhv etmək istəyirlər. Onlar ümidsizdirlər.
İkinci hədəf isə insanlardır. Mümkün qədər çox zərər vurmaq üçün belə bir vaxt və bu cür hədəflər bilərəkdən seçilib.
Bu gün sığınacaqlarda qalın. Təhlükəsizlik qaydalarına əməl edin.
Həmişə xatırlayın: Ukrayna bu düşmənin gəlişindən əvvəl mövcud idi, ondan sonra da mövcud olacaq”.
11:54
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki partlayışlardan sonra açıqlama verib.
“Müharibənin 229-cu günündə bizi məhv etməyə və yer üzündən silməyə çalışırlar. Zaporojyedə evlərində yatanları, Dnepr və Kiyevə işləməyə gedənləri öldürdülər”, – deyə o bildirib.
Zelenski partlayışların baş verdiyi ərazilərdən video paylaşıb və insanlardan sığınacaqları tərk etməmələrini istəyib:
“Bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı dayanmır. Təəssüf ki, ölən və yaralananlar var. Çox xahiş edirəm, sığınacaqları tərk etməyin. Özünüzü və yaxınlarınızı qoruyun”.
Ukrayna mətbuatı səhər saatlarında Kiyev, Lvov və Dnepr şəhərlərində hücumların həyata keçirildiyini açıqlayıb.
Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasında bildirib ki, Kiyevə atılan raketlərdən biri təhlükəsizlik xidmətlərinin yerləşdiyi küçəyə düşüb. Prezident Zelenskinin ofisi də bu bölgədə yerləşir.
oxu.az