Bu gün Millət vəkili Adil Əliyev şəhid Rəşid Həmidovun anım tədbirində iştirak edib.
Rubin.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sükut elan edilib.
Çıxış edən millət vəkili Adil Əliyev bildirib ki, Şəhidlərimiz vətən uğrunda həyatlarını qurban verərək hər birimiz üçün milli dəyərə çevrildilər: “Qəhrəmanlarımızın canlarını qurban verdikləri Vətən torpaqlarında üçrəngli bayrağımız böyük məğrurluqla dalğalanır, ərazi bütövlüyümüz bərpa, suverenliyimiz bərqərar olmuşdur. Şəhid ailələri və qazilər daim dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir, onların çətinliklərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıq və tövsiyələrin verilmişdir. Eyni zamanda şəhid ailələrinə və qazilərə ən yüksək diqqət və qayğının göstərilməsi hər birimizin vətəndaşlıq borcudur. Şəhidlərimizin müqəddəs xatirəsini bir daha dərin hörmət və ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbr, qazilərə şəfa diləyirəm”-deyə Adil Əliyev əlavə edib.
Tədbirdə millət vəkilləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib.