Bazar ertəsi, 30 Noyabr 2026 01:37:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Siyasət

Qənirə Paşayeva MM-da şəhid ailələrinin qaldırdığı bir sıra məsələləri səsləndirib və aidiyyatı qurumlara çağırış edib

03.10.2022 11:40 · 73 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Mədəniyyət komitəsinin sədri Q.Paşayeva MM-da şəhid ailələrinin qaldırdığı bir sıra məsələləri səsləndirib və aidiyyatı qurumlara çağırış edib.

RUBİN.AZ xəbər verir ki, Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklərin müzakirəsi vaxtı çıxış edərək, bir sıra önəmli məqamlara toxunub. Komitə sədrinin çıxışını təqdim edirik: “Hörmətli xanım sədr, Hörmətli həmkarlar, Təbii ki, qanun lahiyəsini dəstəkləyirik. Şəhid ailələrinə qayğını, dəstəyi özündə ehtiva edən bütün sənədləri dəstəkləyirik.

Cənab Prezidentin rəhbərliyi, hörmətli Mehriban xanımın diqqəti, qayğısı ilə görülən işlər hamımız üçün örnəkdir. Biz də bu yay aylarında yenə şəhid ailələri ilə çoxsaylı görüşlər keçirdik, qayğıları ilə yaxından maraqlandıq. Biz hər zaman gördük ki, onlar dövlətimizdən, cənab Prezidentin diqqət və qayğısından çox razıdırlar. Sadəcə bəzi məsələlər var ki, o məsələlər əslində bölgələrdə, qurumlarda həll oluna bilər. Bunun üçün bəzi qaydalarda dəyişikliklərə ehtiyac var. Şəhid valideynlərinin ən çox qaldırdığı məsələlərdən biri şəhidlərimizin adının ayrı-ayrılıqda əbədiləş­dirilməsi ilə bağlı məsələdir.

Hər birinin dediyi söz budur: Biz bu gün həyatda varıq, sabah yoxuq. İstəyirik ki, övladımızın adı bir küçədə, bir parkda, bir meydanda, bir məktəbdə, mədəniyyət evində yaşasın. Bölgələrimizə, millət vəkili olduğum Tovuz rayonuna nəzər yetirəndə görürük ki, kifayət qədər adsız küçələr, parklar və.s var.

Ən çox şəhid verən rayonlarımızdan biri Tovuz rayonudur; kifayət qədər küçələr, park, meydan, keçidlər, bütün imkanlar var və şəhid adlarının əbədiləşdirilməsi həyata keçirilə bilər. Biz də hər zaman Nazirlər Kabinetinə məktublar yazıb, müraciətlər edirik.

Buradan da təkrar müraciət edirik. Parklara, küçələrə, meydanlara şəhidlərimizin adının verilməsi məsələsi yerli icra qurumlarına həvalə olunarsa, bu proses daha da sürətlənər. Başa düşürük ki, mədəniyyət evləri Mədəniyyət Nazirliyinə, məktəblər Təhsil Nazirliyinə tabedir; lakin kəndlərdə küçə, park və meydanlara şəhid adlarının verilməsi, şəhidlərimizin adının əbədiləşdirilməsi səlahiyyəti yerli icra qurumlarına verilərsə, proses daha da sürətlənər.

Əgər ailələr küçələrin, parkların şəhidlərimizin adlarına rəsmi olaraq verildiyini görərlərsə, bu mövzu ilə bağlı müraciətlər də ciddi surətdə azalar. Təhsil və mədəniyyət qurumlarımız da daxil olmaqla bütün qurumlarımızı bu mövzuda daha həssas olmağa çağırırıq. Şəhid ailələrimizi narahat edən ikinci bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm.

Bəzi şəhidlərimiz var ki, toy edib, ailə qurublar, övladları dünyaya gəlib lakin rəsmi nikaha daxil olmayıblar. Mənim yanıma belə bir şəhid xanımı gəlmişdi. Bildirdi ki, onun kimi bəzi şəhid xanımı bu problemdən əziyyət çəkir.

Övladlarına şəhid övladı statusu verilsə də, özləri şəhid ailəsi statusu ala bilmirlər. Əgər bu cür ailələrdə şəhidin övladı şəhid övladı statusu daşıyırsa, demək, bunun qanunvericiliklə və ya rəsmi prosedurla həll edilməsi mümkündü ki, şəhidin xanımı da “şəhid ailəsi” statusunu ala bilsin. Çünki o xanım gələcəkdə övladı ilə tək başına ev növbəsinə durmalıdır. Bunun üçün də ona şəhid ailəsi statusu çox önəmlidir. Bu məsələnin həllini tapmasını da aidiyyatı qurumlardan xahiş edirik”.

↑