Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, E.Omarov şəhid statusu alacaq.
Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
12:07
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Faktla əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.