![](https://rubin.az/wp-content/uploads/2022/09/mikayil_cabbarov-750x470-1.jpg)
Bu il sentyabrın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290,4 min ədəd artaraq 1 milyon 692 mini ötüb.
RUBİN.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.”Qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260,4 min ədəd artaraq 800,3 min təşkil edib. Əmək bazarında şəffaflığın təmin olunması istiqamətində aparılan islahatlar müsbət nəticələr verir”, – o qeyd edib.