Bazar ertəsi, 30 Noyabr 2026 01:51:07 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb29.11.2026 21:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00
Siyasət

“Özümü tam təqsirli bilirəm” – Səlim Müslümov

05.09.2022 16:41 · 85 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.

 

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı yekunlaşıb. Məlum olub ki, eks-nazir tərəfindən rüşvət qismində alınmış, mənimsənilmiş və israf edilmiş pulların ümumi həcmi 27 milyon manatdır.

 

Məhkəmədə S.Müslümova izah olunub ki, törətdiyi əməllərə görə, ona maksimum 20 il müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

 

Hakimin “ittiham üzrə özünüzü təqsirli bilirsinizmi?” sualına Səlim Müslümov, “bəli, tam təqsirli bilirəm” deyərək cavab verib:

 

“Sadəcə olaraq, ittiham aktında göstərilmiş mənimsənilən pulların mənim tərəfimdən mənimsənilməsi ilə bağlı hissə ilə razı deyiləm. Lakin hazırkı mərhələdə ifadə vermək istəmirəm”.

 

Vəkilləri də S.Müslümovun ifadə vermək istəməməsi ilə bağlı mövqeyini təsdiq edib.

 

Hakim növbəti mərhələdə zərərçəkmişlərin və şahidlərin ifadələri ilə məhkəmənin davam edəcəyini bildirib. Qeyd olunub ki, iş üzrə 341 şahid var.

 

Proses sentyabrın 12-si davam etdiriləcək.

 

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, DSMF-nin sədri (2002-2013) və ƏƏSM naziri (2013-2018) işlədiyi dövrlərdə rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunub. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Sabiq nazir iş üzrə ümumilikdə vurulan 27 milyon manat ziyanın 20 milyon manatını istintaq dövründə ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub

↑