Xankəndidə baş verən yanğın və partlayışla bağlı saxlanılanlar var.
KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurumdan məlumat verilib.
Xankəndidə baş vermiş yanğın və partlayışla bağlı 4 erməni saxlanılıb. Onlardan ikisi həbs olunub.
Xatırladaq ki, avqustun 25-də saat 13:30 radələrində Xankəndidə yanğın baş verib.
Məlum olub ki, anbarda qeyri-qanuni saxlanılan döyüş sursatları gizlədilib. Yanğın zamanı qanunsuz saxlanılan silah-sursatın partlaması nəticəsində sexlərə, tikililərə və anbarın içərisində olan əmlaka ziyan dəyib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
P.S. Görünür ki, ermənilərin nə vaxtsa azərbaycanlılara qarşı istifadə etmək niyyəti ilə qeyri-qanuni saxladıqları silahlar öz başlarında partlayıb. Onların bütün plan və məqsədləri də beləcə faş olacaq, özlərinə qarşı yönələcək.