Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Elm və Təhsil Naziri Həzrət Əzizlini təbrik etdi
  • Mədəniyyət

Elm və Təhsil Naziri Həzrət Əzizlini təbrik etdi

rubinroot Avqust 15, 2022
282161335_736564684450958_7335958577363669811_n

Elm və Təhsil Naziri Emin Əmrullayev gənc istedad, xanəndə Həzrət Əzizli haqda paylaşım edib: “Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisəsinin şagirdi böyük uğura imza atmışdır. Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının şagirdi Həzrət Əzizli Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Müsabiqəsinin azyaşlı ifaçılar arasında münsiflər heyətinin yekdil səsverməsi nəticəsində müsabiqənin Şuşada təşkil olunmuş final mərhələsində birinci yerə layiq görülmüşdür. Olduqca çətin və məsuliyyətli müsabiqənin qalibi olmuş Həzrəti təbrik edir, ona incəsənət sahəsində yüksək nailiyyətlər arzulayıram. İncəsənət Gimnaziyasının müəllim heyətinə yorulmaz fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki Həzrət Əzizlinin ustadı tanınmış xanəndə Aytən Məhərrəmovadır. “İstedadları tanıyaq və tanıdaq” İB-nin üzvü olan Həzrət Əzizlini İB-in kollektivi adından təbrik edirik. Cənab Nazirə gənclərə diqqət və qayğısına görə təşəkkür edirik. Aytən müəlliməyə və tələbələrinə bundan sonrakı fəaliyyətlərində də uğurlar diləyirik.

Vüsalə Qələndərli

RUBİN.AZ

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Посол Израиля о помощи Украине: “Слова Зеленского не отражают полную картину” Мир
Next: Exactly what is a Mail Order Bride?

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.