Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.
DİM-dən RUBİN.AZ-a verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
İxtisaslar | Komissiya kodu |
İnstrumental ifaçılıq (alətlər üzrə) | 20,21,22,23,31 |
Vokal sənəti (sahələr üzrə) | 24, 25, 28 |
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) | 26, 36 |
Dirijorluq (sahələr üzrə) | 27 |
Bəstəkarlıq | 29 |
Musiqi müəllimliyi | 32 |
İnstrumental ifaçılıq (alətlər üzrə) | 4302, 4402 |
Vokal sənəti (sahələr üzrə) | 4701, 4702, 4501, 4502 |
İnstrumental ifaçılıq (alətlər üzrə) | 220, 221, 222, 230 |
Vokal sənəti (sahələr üzrə) | 223, 224 |
Aşıq sənəti | 4102 |
Aşıq sənəti | 227 |
Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// linkinə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ linkinə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra “əlavə et” düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib “Axtar” düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra “Yadda saxla” düyməsini basmaq tələb olunur.
Abituriyentləri əlavə edib “Çap et” düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.