Mehriban Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub.
“Rubin.az” xəbər verir ki,körpələr evinin baş həkimi əvəzi Simuzər Topçubaşova Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var.
Birinci vitse-prezident valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır.
Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.