Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Heydər Əliyev Mərkəzində – Fotolar
  • Gündəm

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Heydər Əliyev Mərkəzində – Fotolar

rubinroot İyun 11, 2022
MyCollages__1_

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem Heydər Əliyev Mərkəzini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Muzeyində olan qonaq əvvəlcə ümummilli lider Heydər Əliyevin xidməti istifadəsində olmuş avtomobillərə baxıb. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olub.

“Azərbaycan inciləri: tarixin axarında”, “Musiqi alətləri: birlik və müxtəliflik”, “Kukla incəsənətdə” sərgilərində olan FIA prezidenti Mərkəzdə nümayiş etdiriliən klassik avtomobillərə də baxıb.

FIA prezidenti Mohammad ben Sulayem və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov məktəblilər arasında “Gələcəyin ekoloji avtomobili” virtual rəsm müsabiqəsinin qaliblərini diplomlarla təltif ediblər. Müsabiqə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən təşkil olunmuşdu.

FIA prezidenti, həmçinin, Gənclər və İdman naziri Fərid Qayıbovla görüşüb. Görüşdə ikitərəfli əlaqələr, Azərbaycan Avtomobil Federasiyasının avtomobil idmanı sahəsindəki fəaliyyəti müzakirə edilib.


About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Meymunçiçəyinə yoluxanların sayı 1285-ə yüksəlib
Next: 1xBet App: ¿Cómo apostar desde tu móvil en agosto 2023? Goal com Chile

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.