İyunun 10-da Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri İrəvanda KTMT xarici işlər nazirlərinin iclasında iştirak edəcək.Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan rəhbərliyi ilə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparacaq.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
“İkitərəfli müttəfiqlik münasibətləri, Moskva və İrəvan arasında Aİİ, KTMT, MDB-nin ümumi inteqrasiya birliklərində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, həmçinin beynəlxalq platformalarda koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunacaq”, – Zaxarova bildirib.Onun sözlərinə görə, Moskva bu il qeyd olunan Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü nəzərə alaraq, ikitərəfli əlaqələrin yüksək intensiv xarakter daşımasından məmnundur.
“İyunun 10-da İrəvanda Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. İclas iştirakçıları bu struktur çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrini yekunlaşdıracaq, gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər”, – Zaxarova bildirib.Tədbir zamanı beynəlxalq, regional vəziyyət, onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsiri, eləcə də KTMT-nin böhrana cavab mexanizminin təkmilləşdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.İclasın yekununda KTMT ölkələrinin 2022-2024-cü illər üçün xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr planı imzalanacaq.