Rusiyanın “RİA Novosti” xəbər agentliyinin internet saytı Azərbaycanda bloklanıb.
“Qafqazinfo” xəbər verir ki, bundan əvvəl saytda Azərbaycanın Qarabağ ərazisindəki qondarma qurumun naziri Artak Beqlaryanın müsahibəsi dərc edilmişdi.
Azərbaycan XİN özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsini şərh edib.
Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və ciddi təəssüf doğurur.