Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Adil Əliyev şəhid ailələri və qazilərlə görüşüb
  • Siyasət

Adil Əliyev şəhid ailələri və qazilərlə görüşüb

rubinroot May 26, 2022
284031928_535845555002882_2815956920435106173_n

Mayın 26-da Milli Məclis sədrinin müavini Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində şəhid ailələrinin nümayəndələri, qazilər və seçicilərlə görüşüb. 

RUBİN.AZ xəbər verir ki, görüşdə vətəndaşların qaldırdıqları sosial, humanitar, tibbi məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Digər müraciətlərin həlli məqsədilə aidiyyəti qurumlara məktublar ünvanlanıb.

Tədbirdə vitse-spiker görüş iştirakçılarını  qarşıdan gələn 28 may – Müstəqillik Günü münasibətilə təbrik edərək, dövlət başçısının rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq, quruculuq işləri barədə geniş məlumat verib. Bildirib ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müxtəlif festivallara, tədbirlərə ev sahibliyi edir.

Çıxış edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Sülh 5 prinsip əsasında olmalıdır – XİN başçısı
Next: İsrail Prezidenti İlham Əliyevə zəng etdi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.