Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova xüsusi rütbənin verilməsi ilə bağlı sərəncam imzalayıb.
“Rubin.az” xəbər verir ki, sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Digər sərəncamla Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov isə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.