Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir.
“Rubin.az”Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Şamaxı RİH-dən məlumat verilib.
Bildirilib ki, prezident İlham Əliyevin fevralın 7-də Şamaxıya səfərindən sonra fəsadların təcili aradan qaldırılması istiqamətində tapşırıqların icrasına dərhal başlanılıb.
Qeyd edək ki, zəlzələ xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub.
Artıq qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib.
Hazırda zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.