Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İrandan İraqa qaz tədarükü dayandırılıb
  • İqtisadiyyat

İrandan İraqa qaz tədarükü dayandırılıb

rubinroot May 21, 2022
5e5c3942-1e4f-3725-9211-9fed242da8e4_850

İranın təbii qaz tədarükünü kəsməsi səbəbindən İraq elektrik enerjisi çatışmazlığı ilə üzləşib.

“Report” xəbər verir ki, bu barədə “Shafaq News” portalı İraqın Elektrik Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Son 24 saat ərzində İran qazının İraqa tədarük həcminin azalması elektrik enerjisi istehsal edən qurğuların istehsal gücünün azalmasına, Bağdad və bir sıra şəhərlərdə elektrik enerjisi təchizatının saatlarının azalmasına səbəb olub”, – mənbə bildirib.

Hazırda İraq elektrik enerjisi və elektrik stansiyaları üçün yanacaq tədarükündən çox asılıdır. İran daxili çatışmazlıqlar və ya Bağdadın maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən vaxtaşırı ixracı azaldır və ya tamamilə dayandırır. Belə ki, İran Milli Qaz Şirkətinin rəhbəri Məcid Çeqininin bəyanatına görə, İraq tərəfinin İrana qaz tədarükünə görə borcu 1,6 milyard dollara yaxındır.

İraq hakimiyyəti elektrik enerjisinin idxalına görə İordaniya və Türkiyə ilə danışıqlar aparır.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Avropanın 8 ölkəsində “Meymun çiçəyi” aşkarlanıb
Next: Gürcüstanın Baş naziri “Borjomi” ilə bağlı göstəriş verib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.