Latviyanın Sankt-Peterburqdakı baş konsulluğu və Pskovdakı konsulluğu işini dayandırıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Latviyanın Rusiyadakı səfiri Maris Riekstins deyib.
“Bu gündən etibarən Latviyanın Pskovdakı Konsulluğu və Sankt-Peterburqdakı Baş Konsulluğunun işinə xitam verilib”, – Riekstins bildirib.
Səfir əlavə edib ki, Latviyanın Moskvadakı səfirliyinin konsulluq bölməsində konsulluq xidmətlərinin göstərilməsi davam edir.