Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçirilir.
Modern.az xəbər verir ki, istinadən xəbər verir ki, görüşdə tərəflər regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparacaq.
Xüsusi diqqət beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və elmi sahədə əməkdaşlığın möhkəmlənməsinə yönələcək.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak etdiyi iclasın gündəliyinə 9 məsələ daxildir:
1. Beynəlxalq aktual məsələlər üzrə fikir mübadiləsi və MDB-də formatında əməkdaşlıq;
2. MDB XİN başçıları Şurasının növbəti iclasının keçirilməsi;
3. ”MDB-nin gənclər paytaxtı” beynəlxalq layihəsi haqqında;
4. 2021-ci ildə MDB çərçivəsində xarici işlər nazirlərinin çoxsəviyyəli məsləhətləşmələrinin reallaşması haqqında;
5. MDB-yə üzv ölkələrin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşması üzrə 2021-ci ilə qədər “Tədbirlər Planını”na reallaşması haqqında;
6. MDB-yə üzv dövlətlərin notariat fəaliyyəti sahəsinin təşkilinin əsasları haqqında;
7. MDB-də turizmin təşkilinin əsasları haqqında;
8. MDB-də fundamental tədqiqatların prioritet istiqamətləri üzrə perspektivli elmi layihələrin siyahısının layihəsi;
9. MDB-nin fərqlənmə nişanı ilə təltiflər haqqında.