Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsi anıldı
  • Gündəm

Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsi anıldı

rubinroot May 8, 2022
1652000036_52b63bf1d70584955ad68c51db08c1f0

Mayın 8-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

RUBİN.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən danışıblar.

Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Ölkədə havanın yağıntılı keçməsinin səbəbi açıqlandı
Next: Ukrayna təyyarələri vuruldu

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.