BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı bəyanat qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bəyanatda deyilir:
“Təhlükəsizlik Şurası Ukraynanın sülh və təhlükəsizliyinin qorunması ilə bağlı dərin narahatlığını ifadə edir. Təhlükəsizlik Şurası xatırladır ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq mübahisələrini sülh yolu ilə həll etmək öhdəliyini öz üzərinə götürüblər. Təhlükəsizlik Şurası baş katibin sülh yolu ilə həll yolu tapmaq səylərini dəstəklədiyini bildirir”.