Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
  • Gündəm

Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib

rubinroot May 5, 2022
cbd5f688-2dbc-3892-9156-99dc0c57ce1d_850

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.

Buraxılış məntəqələrinin ikisi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində yerləşir: Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu (Eyvazlı kəndi) və Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi – Zəngilan rayonu (Qazançı kəndi).

Həmçinin Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi) və Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi) müəyyənləşib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: DYP Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı görüntüləri yaydı – FOTO
Next: Azərbaycan millisinin qapıçısı 2-3 həftəlik sıradan çıxıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.