Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
“Rubin.az” xəbər verir ki,Yevlax rayonu Varvara kəndində keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər. Səyyar qəbulların ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini söyləyən icra başçısı Qoca Səmədov bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd əhalinin problemlərinin yerində öyrənilməsi və qaldırılan məsələlərin operativ həll edilməsidir. Qarşılıqlı dialoq şəraitində keçirilən görüşdə Varvara kənd sakinləri tərəfindən əkin torpaqlarının suvarılması, kənd məktəbinin və kənd uşaq baxçasının əsaslı təmiri yaxud yenidən qurulması, işlə Sosal yardım alınması və özünü məşğulluqla bağlı müraciətlər olunub. Bu və digər qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb, yerindəcə əlaqədar qurum və təşkilat rəhbərlərinə məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək mümükün məsələlər həll olunub digərlərin həlli nəzarətə götürülüb.