Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.
“Rubin.az” Trend-ə istinadən xəbər verir ki, bunu “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.
Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:
“Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”.
A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.