Bazar, 22 Noyabr 2026 23:42:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Noyabr 2026
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30
Rəsmi

Bakıda Avropa Regional Sosial Təminat Forumu keçiriləcək

07.02.2019 22:57 · 430 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Cari ilin may ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu keçiriləcək.Foruma hazırlıq işlərinin yerinə yetirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Təşkilat Komitəsi yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

“Rubin.az” xəbər verir ki,təşkilat Komitəsinin iclasında Komitənin sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli 1927-ci ildə Beynəlxalq Əmək Təşkilatının himayəsi ilə yaradılan BSTA-nın 158 dövlətin sosial təminat sahəsi üzrə 330 qurumunu özündə birləşdirdiyini qeyd edib. O, Assosiasiyanın sosial təminat sahəsində mütərəqqitəşəbbüs və standartların inkişafını və təşviqini təmin etmək, bu sahədə beynəlxalq əməkdaşlığı, fəal təcrübə mübadilələrini həyata keçirmək məqsədinə xidmət etdiyini deyib.

M.Kərimli ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun BSTA-nın tamhüquqlu üzvü olduğunu, müxtəlif illərdə Təşkilatın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüvə Təşkilatın Büro üzvü seçildiyini diqqətə çatdırıb.

Nazir müavini qeyd edib ki, BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına şərait yaradan unikal platformadır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin daha bir göstəricisi olaraq, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun cari ilin may ayında Bakı şəhərində təşkil edilməsi qərara alınıb.

Bildirilib ki, Forumun işində BSTA-nın yüksək vəzifəli rəsmilərinin, həmçinin xarici ölkələrin aidiyyəti qurumlarının rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın sosial müdafiə sisteminin müasir, səmərəli və şəffaf iş üsulları üzərində qurulması istiqamətində əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətə çatdırmaq və bu sahədə tərəfdaş ölkələrlə fikir mübadiləsi aparmaq baxımından da mühüm önəm kəsb edir.

İclasda Avropa Regional Sosial Təminat Forumuna hazırlıq məsələləri ətraflı müzakirə olunub, bu sahədə qarşıda duran vəzifələr, Tədbirlər Planı əsasında görüləcək işlər müəyyən edilib.

↑