Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, parlamentin növbəti toplantısı mayın 5-də keçiriləcək.
İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin II oxunuşda müzakirəyə çıxarılması, habelə digər layihələrin müzakirəsi gözlənilir.